Leqal.info xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda təhsil müəssisələrinə əks-göstəriş sertifikatı təqdim edilir: "Proses davam etdiyindən rəqəmlər gündəlik olaraq dəyişir və say demək mümkün deyil. Lakin peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar".
Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.