Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldla görüşü baş tutub.

Leqal.info xəbər verir ki, görüş əsnasında tərəflər arasında ingilis dili biliklərinin qiymətləndirilməsi ilə bağlı layihələr, rəqəmsal yeniliklərin təhsildə qiymətləndirmə sahəsində tətbiqi yönündə təcrübə mübadiləsi, maliyyə savadlılığı ilə əlaqədar Britaniya təcrübəsinin dəstəklənməsi, habelə strateji əməkdaşlıq imkanlarına aid bir sıra başqa məsələlər müzakirə olunub.
Görüşdən əvvəl qonaqlar DİM-də təsis edilmiş və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə əlaqədar respublika üzrə statistik məlumatları ehtiva edən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.
Qeyd edək ki, sözügedən görüşdə Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Leyla Kamil
Leqal.info