Leqal.info xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu zaman mövcud qanunvericiliyə uyğun olaraq onların məcburi köçkün statusu itirilmiş hesab olunacaq: “Təbii ki, bunun nəticəsi olaraq məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olan imtiyazlar əlbəttə öz qüvvəsini itirəcək”.
O qeyd edib ki, mövcud qanunvericiliyə dəyişiklik edilməsi istisna deyil: “Hətta bununla bağlı zərurət yaranıb”.