Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Leqal.info xəbər verir ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.
Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
23
fevral
10:30

Qarabağ
KOMMENTLƏR
- Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
- Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlandı
- “Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür”
- Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi
- Əli Əsədov iclas keçirdi
- “Gəlib yoxlasınlar, biz qanunlarla işləyirik”
- “Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama
- Prezident onlayn Zirvə toplantısında çıxış edib
- “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Yoluxanların sayı artdı
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
- Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi
- Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım