Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, sonra özünü öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leqal.info