Leqal.info xəbər verir ki, qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.
"İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.
Leqal.info