İsrail arxeoloqları ölkənin şimalında, Eyn Ayron yaşayış məntəqəsinin yaxınlığında 5 min il yaşı olan qədim şəhərin xarabalıqlarını aşkarlayıblar.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Qədim Dövr üzrə Milli İdarə məlumat yayıb.

"Bu erkən tunc dövrünün "Nyu-York"udur", - deyə idarənin "Facebook"dakı səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, şəhərin ərazisi 65 hektar olub. Əhalisinin sayı isə 6000 nəfərə çatıb.

Arxeoloqların fikrincə, şəhər istehkamla əhatəyə alınıb. O, ictimai zonalara, küçələrə, xiyabanlara, yaşayış sahələrinə malik olub.