Karantin qaydalarına əməl etməmək virusun sürətlə yayılmasına səbəb olub.

Leqal.info xəbər verir ki, Türkiyənin Kars vilayəti bir müddət əvvəl ən az koronavirus yoluxma hadisəsinin baş verdiyi bölgələrindən olmasına baxmayaraq, karantin rejimi qaydalarına əməl olunmaması səbəbindən bir anda yoluxma sayı xeyli artaraq 176 nəfərə çatıb.

Buna səbəb isə iki həftə əvvəl burada nişan mərasiminin keçirilməsi və koronavirusdan sağalan şəxsin öküz kəsərək yaxınlarına qonaqlıq verməsi olub. Belə ki, son iki həftə ərzində bu bölgədə koronavirusla bağlı rəqəmlər 30-dan 176-a çatıb.

Bugünədək 7 nəfər Karsda koronavirusdan dəyişib. Bu səbəbdən Kars vilayətinin iki kəndi tamamilə karantinə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən Türkiyə koronavirusa yoluxanların sayına görə siyahıda doqquzuncu yerdədir. Bu ölkədə 146 mindən çox insan Kovid-19-a yoluxub, 4055 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib.