Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, S.Şirinov Kiyevə deportasiya olunub.

Minsk şəhərinin Sovetsk Rayon Məhkəməsi qərar çıxararkən buna səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozma kimi halları göstərib.