“Leqal.info” “Report”a istinadən xəbər verir ki, Vladimir Zelenski bu barədə “Facebook” səhifəsində müraciətində bildirib.
“Danışıqlar üçün bu şəxsləri təklif edirəm: Mən, siz (Vladimir Putini nəzərdə tutur - red.), ABŞ prezidenti Donald Tramp, Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron”, - deyə o vurğulayıb.
V.Zelenski qeyd edib ki, Ukrayna diplomatik formatların heç birindən imtina etmir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidentinin təklifini dəyərləndirərək bildirib ki, beynəlxalq münasibətlərdə mümkünsüz heç nə yoxdur.