“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.
Bu gün saat 17:00-da namizədliyin irəli sürülməsi üçün müddət başa çatıb.
Ermənistan qanunlarına görə, ölkə parlamentinin sədri Baş nazir vəzifəsinə namizədlik irəli sürüldükdən sonra xüsusi iclas təyin etməlidir.
Qeyd edək ki, N.Paşinyan oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa vermişdi.