Sosial şəbəkədə Qırğız Respublikasının hazırda həbsdə olan keçmiş prezidenti Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayılıb.

“Leqal.info” xəbər verir ki, bunu “Sputnik Kırqızıstan” yayıb.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, 1 nəfər ölüb.
Almazbek Atambayevin cinayət işi üçün çəkilən fotosu yayılıb