Leqal.Info

SON DƏQİQƏ

"Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir" - Erkan Özoral

19-09-2019, 22:07 76 908 dəfə baxılıb

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə Azərbaycan vətəndaşlarının xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Report” a açıqlamasında deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Xəbər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".


www.leqal.info

Teqlər: Erkan Özoral, Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI