Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Leqal.info-nun xəbərinə görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Qərara əsasən, Ş.Ağacan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Ş.Ağacan Bakı şəhəri ərazisində marixuana satarkən saxlanılıb.

Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.