Leqal.Info

SON DƏQİQƏ

Baş Prokurorluq polis barədə cinayət işinin başlanması xəbərinə - münasibət bildirib

Baş Prokurorluq polis barədə cinayət işinin başlanması xəbərinə
10-06-2019, 13:24 63 922 dəfə baxılıb

"Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil".

Bunu "Report"un sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafiq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

Sonradan vəkilə qarşı zorakılğa yol verdiyinə görə, polis əməkdaşları işdən çıxarılıb.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Həmçinin sosial şəbəkədə şöbənin əməkdaşları barədə cinayət işinin başlanması barədə də məlumat yayılmışdı.


www.leqal.info

Teqlər: Baş Prokurorluq, Polis

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI