Bakıdan Gürcüstan sərhədinə qədər olan yolun birinci texniki dərəcəyə uyğun istismara veriləcəyi tarix açıqlanıb.

"Leqal.info" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov AZTV-nin "Hədəf" verilişində bildirib.

O, qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir: "Planda Bakıdan Gürcüstana qədər olan 511 kilometrlik yolun tam birinci texniki dərəcəyə uyğun 2020-ci ilin sonuna kimi, qalan hissəsi 2021-ci ilin birinci rübündə tam təhvil veriləcək".

S.Məmmədov vurğulayıb ki, yolun birinci texniki dərəcəyə çevrilməsi ölkə iqtisadiyyatına xeyli gəlir gətirəcək.