“PAŞA Həyat Sığorta” ASC Vergilər Nazirliyinin elan etdiyi açıq tenderin qalibi olub.

“Leqal.info” xəbər verir ki, tərəflərin imzaladığı sığorta müqaviləsi nazirliyin əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını nəzərdə tutur.

Bu məqsədlə 10 688 manat sığorta haqqı ödəniləcək.