Dünya bazarında neftin yenidən kəskin ucuzlaşacağı barədə narahatlıq yaranıb.



Leqal.info xəbər verir ki, bu barədə “Qoldman Saç” investisiya bankının analitikləri məlumat yayıb.

Analitiklərin sözlərinə görə, artıq hasilat və yeni tip koronavirusun ikinci dalğasının yaranma ehtimalı neftin qiymətinə mənfi təsir göstərəcək.

Bildirilib ki, neftə olan tələb 2021-ci ilə qədər zəif qala bilər.

Digər tərəfdən, “Mitsubişi Korp.” şirkətinin neft bazarı üzrə risk meneceri Toni Nunan isə neftin qiyməti ilə bağlı pozitiv açıqlama verib.

O qeyd edib ki, ABŞ-da hasilatın kəskin şəkildə azaldılması neftin qiymətinə müsbət təsir göstərib.