Qazaxıstandan Tailand, Türkiyə və Gürcüstana aviareyslərin bərpası planlaşdırılır. Dəyişikliklər avqustun 10-dan etibarən qüvvəyə minə bilər.

Leqal.info AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan avqustun 10-dan etibarən Gürcüstan, Tailand və Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır. Bunu ölkənin Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov açıqlayıb.
Qeyd edək ki, iyunun 20-də Qazaxıstandan Türkiyə və Koreya Respublikasına beynəlxalq uçuşlar bərpa edilmişdi. İyulun 4-də epidemioloji vəziyyətin pisləşməsi səbəbindən uçuşlar Türkiyəyə müvəqqəti olaraq dayandırılmışdı.
Hazırda epidemioloji vəziyyətin yaxşılaşmasını nəzərə alaraq bir sıra ölkələrlə hava əlaqəsinin bərpası məsələsi üzərində iş aparılır, o cümlədən avqust ayında Tailand və Gürcüstana aviareyslərin açılması planlaşdırılır.