Ötən gün Bakıda gənc ana faciəvi şəkildə həlak olub.

29 yaşlı Günel Əsgərova sərnişin avtobusu sürücüsünün səhlənkarlığının qurbanı olub. Ən dəhşətlisi odur ki, ana öz canı bahasına qucağındakı bir yaşlı balasını xilas edib. Avtobusun onu vurduğunu görüb və qucağındakı uşağı kənara ataraq onun həyatını qurtarsa da, özü avtobusun altında can verib. Uşaq yüngül xəsarətlə qurtulub.

Hadisəni törədən 39 saylı avtobusun sürücüsü isə anaya kömək etmək əvəzinə qaçıb. Gənc ananın ölümünə səbəb olan sürücü Saatov Hakim Aslan oğlu hadisə yerindən qaçsa da, artıq tutulub.

“Leqal.info” Criminal.az-a istinadən övladına görə özünü fəda edən ananın fotosunu təqdim edir:
Bakıda qucağındakı 1 yaşlı körpəylə vurulan qadının