Bakıda nənə və nəvəni avtomobillə vurulub.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aftandil Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 80 yaşlı Zəhra Bünyatovanı və onun azyaşlı nəvəsini vurub. Nəticədə xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Nənə orada ölüb, nəvənin vəziyyəti ağırdır.