Rusiyanın xalq artisti Muxtarbəy Qantəmirov vəfat edib.

APA-nın məlumatına görə, aktyor avqustun 31-də 83 yaşında dünyasını dəyişib.

Sirk və kino artisti, kaskadyor kimi tanınan aktyor Azərbaycan tamaşaçıları arasında “Qorxma, mən səninləyəm” filmində yaratdığı Rüstəm obrazı ilə məşhurlaşıb.

O, 1934-cü ildə Osetiyada atminmə üzrə peşəkar sirk artistlərinin ailəsində dünyaya gəlib. Onun atası Rusiyada ilk “Osetiya miniciləri” at teatrının yaradıcısıdı.

O, "Qorxma, mən səninləyəm" filmindən başqa, "Girov", "Cənnətin iki addımlığında", "Qədim Rusiya", "Cəsur Xoçbar haqqında hekayət", "Sovet dövrünün parkı" və digər filmlərdə də çəkilib.

Leqal.info