Leqal.Info

SON DƏQİQƏ

MSK mətbuat nümayəndələri üçün - yaddaş kitabçası nəşr etdirib

MSK mətbuat nümayəndələri üçün
27-11-2019, 15:04 42 539 dəfə baxılıb

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Leqal.info"ya verilən məlumata görə, layihə kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.

Nəşrdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin edilməsi, seçki subyektlərinin maarifləndirilməsi, habelə seçkiqabağı təşviqat prosesi və səsvermə günü kütləvi informasiya vasitələrinin rol və vəzifələri geniş izah olunub.

Yaddaş kitabçası Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.

"Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından və MSK-nın rəsmi internet səhifəsindən də əldə etmək mümkündür.


www.leqal.info

Teqlər: MSK, Mərkəzi Seçki Komissiyası, Bələdiyyə seçkiləri, yaddaş kitabçası

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI