“İran hazırda nüvə silahından əvvəlkindən daha uzaqdır”.

Leqal.info xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Politico” nəşrinə müsahibəsində deyib.

“Əsas məsələ budur ki, iranlılar Prezident Trampın bu qətiyyətli hərəkətindən sonra nüvə silahından daha çox uzaqdadır. Onu deməliyəm ki, onların nüvə qabiliyyətinə əhəmiyyətli şəkildə zərbə dəyib”, - Rubio qeyd edib.

ABŞ dövlət katibi Rusiya əleyhinə sanksiyalar məsələsinə də toxunub.

“Əgər hamının bizdən istədiyi şeyi etsək (Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etsək), atəşkəs üçün Rusiya ilə danışıqlar apara bilməyəcəyik. Bəs onlarla kim danışacaq?”, - Rubio vurğulayıb.

Leqal.info