Müğənni Şəbnəm Tovuzlu "Youtube" kanalından hər ay qazandığı məbləği açıqlayıb.

Leqal.info xəbər verir ki, sənətçi "Ona qalsa" proqramında səhifəsindən ayda 2000-2500 dollar gəlir gəldiyini bildirib:

"Mənim "Youtube" səhifəmi əmimin oğlu Ceyhun işlədir. Həmin məbləği götürmürəm, özü götürür. Çünki o, məni reklam edir, məni toylara "Youtube"dakı mahnılarıma görə dəvət edirlər. Mən toylardan qazanıram".