Leqal.Info

SON DƏQİQƏ

“Prezident İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir” - Fuad Ələsgərov

“Prezident İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir”
4-10-2019, 12:34 40 344 dəfə baxılıb

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi bu siyasətin prioritetlərindəndir”.

“Leqal.info”nun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam qeyd edilən sahədə atılan vacib addımların bariz nümunəsidir: “Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquq xidmətlərinin əlçatanlığının artırılmasıdır”.

F.Ələsgərovun sözlərinə görə, sərəncama əsasən, aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb: “Eyni zamanda, qeyd edilən Sərəncamda Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə, gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Vəkillər Kollegiyası rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı, demək olar ki, 2 dəfə artıb və bu proses davam etməkdədir”.


www.leqal.info

Teqlər: Fuad Ələsgərov, Prezident İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI