22:35 - Gürcüstanda balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
22:00 - Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - Video
16:03 - Gənc jurnalist Parlament Seçkilərində iştirak edəcək - Foto
15:30 - Narın kimlərə ziyanı var? - DİQQƏT!
15:20 - İtaliyada ermənipərəst parlamentar qanunsuz əməllərdə ittiham olunur
14:37 - Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradıldı
14:28 - Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaq
14:24 - Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqləndi
14:02 - MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb
13:00 - Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - DİQQƏT
12:00 - Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər - Məzahir Pənahov
11:39 - Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir
"Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi" - Dövlət başçısı
"Bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı Formula 1 yarış lap əvvəldən həqiqətən də cəlbedici olub".
"Leqal.info" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
"Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır", - dövlət başçısı vurğulayıb.