Leqal.Info

SON DƏQİQƏ

18:29 - Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanıldı

17:37 - Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edildi - “E-Təbib”-dən AÇIQLAMA

17:07 - BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

14:10 - Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürüldü

21:51 - Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür - Türkiyənin Səhiyyə naziri

21:43 - Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır - Qənirə Paşayeva

21:24 - ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

21:14 - Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başlayıb

21:03 - Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü - RƏSMİ

19:30 - Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi - FOTO

19:18 - Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanılıb

19:04 - Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanıldı

18:35 - Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəldi - RƏSMİ

15:55 - Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələndi - FOTO

15:00 - Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edilib - FOTOLAR

"İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini təmin edir" - Prezident

3-12-2019, 13:45 42 997 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına məktubla müraciət ünvanlayıb.

"Leqal.info"nun xəbərinə görə, müraciətdə deyilir:

Hörmətli sərgi iştirakçıları!

Sizi Bakı şəhərində XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel” sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.

Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur. Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək.


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev, İnnovativ layihələrə dövlət dəstəyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI