Leqal.Info

SON DƏQİQƏ

Rüstəm Usubov işdən çıxarıldı - Yeni təyinat

Rüstəm Usubov işdən çıxarıldı
21-05-2020, 18:51 29 703 dəfə baxılıb

Baş Prokurora yeni müavinlər təyin olunub.

Leqal.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N. Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

Xatırladaq ki, R. Usubov 2005-ci ildən Baş prokuror Zakir Qaralovun birinci müavini idi.

***

Baş prokuror Kamran Əliyevin əmri ilə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI