Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.
Leqal.info xəbər verir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.
3. Müəyyən edilsin ki:
3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;
3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
19
yanvar
15:10

Qarabağ
KOMMENTLƏR
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı
Prezident və xanımı işğaldan azad edilmiş Füzuli və Cəbrayılda
Dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü
DTX-nin işğaldan azad edilmiş ərazilərdə idarə və şöbələri fəaliyyətə başlayır
Prezident İlham Əliyev Ramiz Mehdiyevi Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdi
- Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
- Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlandı
- “Vaksinin həyəcanından təzyiqin qalxması mümkündür”
- Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi
- Əli Əsədov iclas keçirdi
- “Gəlib yoxlasınlar, biz qanunlarla işləyirik”
- “Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- “Qarabağda təhlükəsizliyi bərqərar etmək prioritetimizdir ”
- Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama
- Prezident onlayn Zirvə toplantısında çıxış edib
- “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Yoluxanların sayı artdı
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
- Prezident jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi
- Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım
- “Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”
- “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın?!”
- İrəvanda etirazçılar Prezident İqamətgahının önünə toplaşdılar
- Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib
- Elxan İbrahimov da Müdafiə Nazirliyindən uzaqlaşdırılıb?
- Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
- “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
- “Biz hər hansı bir çevrilişə qarşıyıq”
- Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
- Yoluxanların sayı artdı