Leqal.info “Report”-a istinadən xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.
Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9 900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10 000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25 000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10 060 manat olub.
Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb.
Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.