Leqal.Info

SON DƏQİQƏ

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə - 30 faiz vergi qoyuldu

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə
19-02-2019, 20:07 56 714 dəfə baxılıb

“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30 faiz vergi qoyub.

Leqal.info "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, bu verginin ödənişi poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.

Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların buraxılmasına icazə verməyəcək.

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.

Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir. Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb Rusiyaya çatdırılması əsla sərfəli deyil.


www.leqal.info

Teqlər: Rusiya, poçt bağlaması, vergi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI