Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

"Qaçqınkom" sədri bir il ərzində 10 mindən artıq məcburi köçkünü qəbul edib

14-05-2019, 17:32 65 506 dəfə baxılıb

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Dövlət Komitəsindən "Leqal.info"ya verilən məlumata görə, R.Rzayev əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.

Bundan başqa, Suraxanı rayonu ərazisindəki keçmiş 1 saylı texniki peşə məktəbinin binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qrupu da qəbulda olublar. Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müraciət edən vətəndaşlara məlumat verilib ki, onlar mərhələli şəkildə yeni mənzillərlə təmin ediləcəklər.

Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcəkdir.

Məcburi köçkünlərə bir daha bildirilib ki, Prezident İlham Əliyev onların problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu kateqoriyadan olan vətəndaşlar üçün müasir tipli qəsəbələrin salınması davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

Bildirilib ki, ötən bir il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfəri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.


www.leqal.info

Teqlər: Rövşən Rzayev, Qaçqınkom

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI