Bu məsələ ilə bağlı Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, həmin əmlak Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən idarə olunur.
“Müsadirə edilən əmlakın təkrar özəlləşdirməyə çıxarılması və investisiya proqramlarına daxil edilməsi də cənab Prezidentin fərmanı ilə dövlət torpaqlarının özəlləşdirilməsi üzrə ikinci dövlət proqramı çərçivəsində Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid edilib. Yəni istintaq orqanının balansında torpaq ola bilməz. Onun funksiyası istintaq başa çatdıqda bitir və həmin torpaq dövlət mülkiyyətinə keçir. Müsadirə edilən torpaq dövlət əmlakı kimi özəlləşdirilməyə çıxarılarkən əvvəlcə yenidən qiymətləndiriləcək, sonra isə özəlləşməyə təqdim olunacaq.
Eyni zamanda, hər hansı dövlət qurumu müraciət edərək sözügedən torpaq sahəsinə və ya tikililərə ehtiyacının olduğunu bildirə bilər. Dövlət tərəfindən həmin torpaq və ya tikililər müvafiq quruma ayrıla və bununla bağlı qərarlar qəbul oluna bilər”, - ekspert bildirib.
Leqal.info