“Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan dövləti ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri bitirib”.

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.

O bildirib ki, vaksinlər hazır olanda ölkəyə gətiriləcək: “Gəlin səhiyyə sistemimizi yükləməyək. Bilirsiniz ki, xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz özümüzü qorumaqla həmin əsgərləri də qorumuş olarıq”.