Leqal.info xəbər verir ki, bu barədə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib.
O qeyd edib ki, hazırda ərazidə nazirlik tərəfindən tədqiqat işləri aparılır: “Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmamız davam edir. Ərazidə təbii amillərdən başqa digər amillərin də təsiri vardır. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib”.