Aprel-may aylarında Rusiya Azərbaycana 100 min dozadan çox “Sputnik V” koronavirus peyvəndi tədarük edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O qeyd edib ki, kütləvi peyvəndlənmə “COVID-19” pandemiyasını dayandırmaq və vətəndaşların həyatını və sağlamlığını qorumaq üçün yeganə real yoldur.

Sədr Azərbaycana peyvənd tədarükündən əlavə, vaksinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib.

“Bu, təkcə əhalinin peyvəndlənməsini deyil, bəlkə də ixracını da təşkil etməyə imkan verəcək”,- deyə V. Matviyenko qeyd edib.