Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyəcək.

Leqal.info-nun əldə etdiyi məlumata görə, sənəd əvvəlcə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra isə qanun layihəsinə mayın 25-də Milli Məclisin plenar iclasında baxılacaq.

Sənəd üç oxunuşda müzakirə olunacaq.