Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.


Leqal.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, Bakı metrosu mayın 31-dən fəaliyyətini bərpa edəcək.