Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər, Cəbrayıl və Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 598-ə çatıb.