Leqal.info xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.