Leqal.info xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 26 illik fəaliyyəti heç bir nəticə verməyib və Azərbaycan torpaqlarını işğaldan azad edib.
B.Yıldırım beynəlxalq təşkilatlarda islahatların aparılmasının da artıq zərurətə çevrildiyini diqqətə çatdırıb: “Biz 40 ildir terrorla mübaribə aparan və böyük bədəllər ödəyən bir ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri on ildir yaşayırıq. Avropanın Türkiyə ilə bağlı terror təhdidini daha yaxşı anlayacağına inanırıq".
"Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən aclıq təhlükəsi var. Bu ölkə dünyanın taxıl ehtiyacının 1/3-ni təmin edir. Ona görə də bu müharibənin sona çatmasına çalışmalıyıq”, - AK Parti rəsmisi qeyd edib.