ABŞ prezidenti Co Baydenin oğlu ilə bağlı skandal görüntülər yayılıb.


"Leqal.info" xəbər verir ki, anonim istifadəçilərin idarə etdiyi "4chan" adlı sayt prezidentin oğlu Hanter Baydenin telefonundakı bəzi fotoları mediaya sızdırıb. Onun gənc eskortlarla çəkilən açıq-saçıq şəkilləri ölkənin əsas gündəminə çevrilib.

Sayt, həmçinin iddia edir ki, Hanter atasının adını telefonuna “Pedofil Peter” kimi qeyd edib. O, atası ilə narkotik maddə və silahlarla bağlı yazışıb. Sızdırılan məlumatlar arasında Hanter Baydenin 5 ay müddətində eskort xidməti göstərən qadınlara 30 min dollar xərclədiyi ilə bağlı sənədlər də var.
Sayt istifadəçiləri bütün bu məlumatları prezidentin oğlunun “iCloud” hesabının şifrəsini qıraraq ələ keçirdiklərini iddia ediblər.
Dünyada şok effekti yaradan görüntülərin yayılmasından sonra Baydenin istefası gündəmə gəlib. Ancaq siyasi şərhçilər Baydenin istefa verməyəcəyini düşünürlər.

Qeyd edək ki, Co Bayden tez-tez gülməli səhvləri, qəribə hərəkətləri və sağlamlıq problemləri ilə gündəmə gəlir.