Ermənistan Silahlı Qüvvələrinin müharibə ilə əlaqədar Qarabağda yerləşən bölmələri Ermənistana qayıdır.

"Leqal.info" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, lakin Qarabağdakı çağırışçıların müdafiə ordusunda xidmətə çağırılması davam edəcək.
O, həmçinin Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarması və bununla da Qarabağı müdafiəsiz qoyması ilə bağlı tənqidlərə də reaksiya verib.

"Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Qarabağın Müdafiə Ordusunun köməyinə getdi. Atəşkəs əldə edildikdən və Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri bölmələrinin Qarabağdan geri çəkilməsi tamamilə təbiidir”, - Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katib bildirib ki, Ermənistan Silahlı Qüvvələrini Qarabağdan çıxarılması prosesi başa çatmaq üzrədir və sentyabrda proses tam yekunlaşacaq.