"Azərişıq” ASC 6 yeni xidməti elektron xidmətlər sırasına əlavə edib.

"Leqal.info" xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilir ki, yeni xidmətlərdən istifadə üçün əhali və qeyri-əhali abonentləri e-gov-az və ya e-service.azerishiq-az portalı vasitəsilə müraciət edə bilərlər.

Təqdim edilən yeni xidmətlər aşağıdakılardır:

– borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu

– əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət

– elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri

– istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi

– məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu

– yük hesabatının hesablanması.