Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan avqustun 31-i görüşəcək.

"Leqal.info" Sputnik Armeniya-ya istinadən xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

Məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti təsdiqləyib. Qeyd olunur ki, hər iki ölkənin liderinin görüşü Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Qeyd edək ki, daha öncə Ermənistanın “Hraparak” nəşri görüşün avqustun 31-i Moskvada baş tuta biləcəyini yazmışdı.