Bu barədə Leqal.info-ya Azərbaycan XİN-dən məlumat verilib.
İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.
Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.
Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.