Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, tərəflər söhbət zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, nazirlər yaxın zamanlarda təmasların davam etdirilməsi barədə razılığa gəlib.

Telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü əsasında baş tutduğu bildirilir. Rusiya və Ermənistanın XİN rəhbərləri sonuncu dəfə avqustun 2-si söhbət aparıb və bu zaman da Qarabağ məsələsini müzakirə ediblər.