Leqal.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.
Türkiyə Prezidenti deyib: “Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.