Leqal.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Bununla belə, dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.